Sabiq prezidentdən sərt tənqid: "Hanı kuboklarınız?"

Sabiq prezidentdən sərt tənqid: "Hanı kuboklarınız?"

"Bayern Münhen"in sabiq prezidenti Uli Hennes iri büdcəli klubların ünvanına səsləndirdiyi sərt tənqidlərlə gündəmə gəlib. 

Fanat.Az "The Mirror" nəşrinə istinadən xəbər verir ki, 69 yaşlı futbol funksioneri əsasən "Mançester Siti" və PSJ-ni hədəfə alıb: 

“Bu iki klub hələ heç nə qazanmayıb. Hanı sizin kuboklar? Onların ÇL titulu yoxdur. Sizin lənətə gəlmiş pullarınız bu titula yiyələnmək üçün kifayət etmir. Burda pul əsas rol oynamır. 

Onlar "Bayern Münhen"ə məğlub olmağa davam edəcəklər. Həmişə yox, amma zaman-zaman olacaqlar. Bizimlə qarşılaşma onlar üçün dəhşətli bir yuxu olacaq. Lazım gələrsə, 7-8 cavabsız top görəcəklər. Bu klubları məğlub etmək bizim məqsədimiz olmalıdır və mən onları məğlub edəndə xüsusilə sevinirəm! Bu, bir daha bizə pulun müəyyən yüksəkliklərə çatmaq üçün kifayət etmədiyini göstərmək imkanı verəcək!”

Xatırladaq ki, "Bayern Münhen" 6 dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər