Türkiyə millisinin və "Qalatasaray"ın hücumçusu Barış Yılmazın Rusiya Premyer Liqasında çıxış etmək ehtimalı tükənməyib.
Fanat.Az xəbər verir ki, hələ Avropa Çempionatının gedişində "Zenit"dən təklif alan forvard rədd cavabı vermişdi.
24 yaşlı oyunçu ötən ayın sonunda ailəsinin Rusiyaya köçməkdə maraqlı olmadığını bildirib.
Ancaq sankt-peterburqlular Barışdan əl çəkmək niyyətində deyil. Bu barədə "Ajansspor" məlumat yayıb. Xəbərə görə, Rusiya çempionu AÇ-2024-də ulduzu parlayan hücumçu üçün yeni - 30 milyon avroluq təkliflə çıxış edib. “Mavi-ağlar” futbolçunun özü ilə illik 5 milyon avro maaş müqabilində müqavilə bağlamağa hazırdır.
Yılmaz ötən mövsüm "Qalatasaray"ın heyətində 55 matçda iştirak edib, 7 qol vurub, 12 məhsuldar ötürmə edib. Onun İstanbul nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.
Mirağa