Rus klublarından "Qalatasaray"ın oyunçusuna 5 milyonluq təklif

Rus klublarından "Qalatasaray"ın oyunçusuna 5 milyonluq təklif

Türkiyənin "Qalatasaray" klubunun müdafiəçisi Abdulkerim Bardakçı karyerasını Rusiya Premyer Liqasında davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "Hürriyet" yayıb.

Mənbənin məlumatına görə, 28 yaşlı futbolçunun xidmətində Premyer Liqanın iki nəhəngi maraqlıdır.

Söhbət "Zenit" və ÇSKA-dan gedir. 

Rus klubları müdafiəçiyə görə "Qalatasaray"a 5 milyon avro təklif ediblər. 

İstanbul nəhənginin çempionluğunda pay sahiblərindən olan Abdulkerim Bardakçı Super Liqanın son mövsümündə 30 oyuna çıxıb və 3 qola imza atıb. O, Türkiyə millisində 2 oyun keçirib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər