Ronaldo öz rekordunu təkrarladı

Ronaldo öz rekordunu təkrarladı
"Real"ın ulduzu Kriştiano Ronaldo La Liqanın XXXIII turunda "Atletik"in qapısına qol vuraraq komandasını məğlubiyyətdən xilas edib.
Fanat.Az xəbər verir ki, "Santyaqo Bernabeu"da keçirilmiş görüş 1:1 hesabı ilə başa çatıb.
Futbolçu "Real"ın heyətində 12 oyun ardarda qol vurmaqla öz rekordunu təkrarlayıb. Portuqaliyalı hücumçu bu göstəriciyə 2014/15- mövsümündə çatıb.
Ronaldonun hesabında ümumilikdə ölkə çempionatının 25 oyununda 24 qol var.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər