"Neftçi"dən ayrılaraq Fransa "Şatoru"suna keçən Romen Bask azərbaycanlı azarkeşlərlə vidalaşıb.
Fanat.Az xəbər verir ki, şəxsi "İnstagram" hesabında paylaşım edən 26 yaşlı yarımmüdafiəçi Bakı klubundakı karyerasının qısa, lakin təcrübə baxımından zəngin olduğunu bildirib: "İlk növbədə mənə Avropanın nüfuzlu yarışlarında iştirak etmək imkanı verən keçmiş klubum "Neftçi"yə təşəkkür edirəm. Fürsətdən istifadə edib hər zaman bizə dəstək olan "Neftçi" azarkeşlərini salamlayıram və onlara uğurlar arzulayıram. "Şatoru" ilə müqavilə imzaladığım üçün qürur duyuram. Yeni çağırışa başlamağı səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, Romen Bask "Neftçi"yə cari mövsümün əvvəlində ölkəsinin "Havr" klubundan keçmişdi. Paytaxt təmsilçisinin heyətində 12 oyun keçirən fransalı oyunçu "Şatoru" ilə 3 illik müqavilə imzalayıb.