"Roma" "Arsenal"ın futbolçusunu heyətə qatdı - RƏSMİ

"Roma" "Arsenal"ın futbolçusunu heyətə qatdı - RƏSMİ

İtaliyanın “Roma” klubu heyətinə yeni futbolçu qatıb. 

Fanat.Az xəbər verir ki, A Seriyası təmsilçisi İngiltərənin “Arsenal” klubunun yarımmüdafiəçisi Enzli Meytlend-Naylsı rənglərinə bağlayıb.

Bu barədə “Arsenal”ın mətbuat xidməti məlumat yayıb. "Canavarlar" ingilis futbolçunu mövsümün sonunadək icarəyə götürüb. İtaliya təmsilçisi “topçular”a 500 min avro ödəyəcək.

Meytlend-Nayls “Arsenal”ın yetirməsidir. 24 yaşlı futbolçu daha öncə “Vest Bromviç” və “İpsviç” klublarında da icarədə olub. O, bu mövsüm “Arsenal”ın heyətində müxtəlif turnirlər çərçivəsində 11 rəsmi matça çıxıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər