"Tottenhem"in hücumçusu Riçarlison Premyer Liqadakı qolların sayına görə hotspurluların keçmiş ulduzu Qaret Beylə çatıb. Fanat.Az xəbər verir ki, informasiyanı "Squawka" yayıb. Braziliyalı forvard son həftə ərzində 3 dəfə fərqlənib: ötən axşam "Nottingem Forest"lə qarşılaşmada (2:0) qol vurub, keçən turda isə "Nyukasl"la görüşdə (4:1) dubla imza atıb. Mənbənin hesablamasına görə, hazırda Riçarlisonun hesabında Premyer Liqada 53 qol və 22 məhsuldar ötürmə var. Bu, əvvəllər "Tottenhem"də uğurlu çıxış etmiş Qaret Beylin göstəricisi ilə eyni rəqəmlər. Düzdür, belə nəticə əldə etmək üçün uelsliyə cəmi 166, Riçarlisona isə 214 matç lazım gəlib. Bu mövsüm Riçarlison İngiltərə çempionatında 14 matçda 4 qol vurub və 3 məhsuldar ötürmə edib. Mirağa
Riçarlison Qaret Beylin rekordunu təkrarladı
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
23:31
07.10.2026
"Qarabağ"ın gənc hücumçusuna Avropa nəhəngindən dəvət
Azərbaycan futbolu
18:56
04.10.2026
Millətlər Liqası: Azərbaycan Litvanı məğlub etdi
Azərbaycan futbolu
16:43
08.10.2026
Ayxan Abbasov Rusiyanın elita klubunun əsas qapıçısı ilə maraqlanacaq - AÇIQLAMA