Rəşad Sadıqov "Neftçi"nin rəmzi heyətini açıqladı

Rəşad Sadıqov "Neftçi"nin rəmzi heyətini açıqladı

"Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov futbolçu karyerasında formasını geyindiyi "Neftçi"nin rəmzi heyətini açıqlayıb.

Fanat.Az-ın məlumatına görə, veteran müdafiəçi paytaxt təmsilçisində birlikdə çıxış etdiyi oyunçulardan ibarət ən yaxşı "11-liy"ində 15 futbolçuya yer verib.

39 yaşlı keçmiş oyunçu bəzi mövqelərə 2 futbolçunu layiq görüb. Sadıqov özünü də rəmzi komandaya daxil edib.

Qapıçılar: Hüseyn Məhəmmədov / Cahangir Həsənzadə

Müdafiəçilər: İqor Getman / Mahir Şükürov, Ruslan Abbasov, Rəşad Sadıqov, Valeri Abramidze / Aftandil Hacıyev

Yarımmüdafiəçilər: Emin Quliyev, Vidadi Rzayev, Mahmud Qurbanov, Zaur Tağızadə, Samir Əliyev

Hücumçular: Qurban Qurbanov, Georgi Adamiya

Qeyd edək ki, Rəşad Sadıqov 2001 - 2002, 2003 - 2005 və 2006 - 2008-ci illərdə "Neftçi"də çıxış edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər