"Renn" 21-ci əsrin rekordunu müəyyənləşdirdi

"Renn" 21-ci əsrin rekordunu müəyyənləşdirdi

Dünən keçirilən matçda - Liqa 1-in 15-ci turunun oyununda öz meydanında "Tuluza"nı 2:1 hesabı ilə yenən "Renn" maraqlı nəticəyə imza atıb.

Fanat.Az xəbər verir ki, eyniadlı şəhərin təmsilçisi bütün turnirlər daxil olmaqla, ardıcıl 17 oyundur ki, uduzmur.

Bu, "qırmızı-qaralar"ın 21-ci əsrdəki rekordudur.

Qeyd edək ki, "Renn" ötən əsrdə iki dəfə məğlubiyyətsiz seriya ilə diqqət çəkib. 1982-ci ilin mayından dekabrınadək 20 qarşılaşmada yenilgi acısı dadmayan komanda 1988-in noyabrından 1989-cu ilin aprelinə qədər ardıcıl 22 görüşdə uduzmayıb.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər