Rekordun üç addımlığında

Rekordun üç addımlığında
Riçard Qadze "Zirə”yə qayıtdıqdan sonra ilk qolunu vurub.
Fanat.Az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, o, bununla da klubun Premyer Liqadakı bombardirləri siyahısında 2-ci pillənin tək sahibi olub. Qanalı futbolçu bunu 11-ci qoluna imza atmaqla reallaşdırıb. Premyer Liqanın X turunun "Sumqayıt”la görüşündə (2:2) fərqlənən hücumçu bu qolla da hesabında 10 top olan Xulio Sezar Rodrigesi arxada qoyub. Riçard "Qartallar”ın çempionatdakı bombardirləri arasında yalnız Nelson Bonilladan geri qalır. Qanalını rekordçudan cəmi 3 top ayırır.
Qadze "Zirə”dəki son qolunu 2018-ci il mayın 12-də vurmuşdu. Həmin gün "Kəpəz”lə ev matçının (2:1) 42-ci dəqiqəsində fərqlənən aftikalı 540 gündən sonra "Qartallar”la qol sevinci yaşayıb.
"Sumqayıt”la qarşılaşmada vurulan digər topun müəllifi Mfo Kqasvane də mövsümdə ilk dəfə fərqlənib. 3-cü dəqiqədə hesabı açan legioner bununla da yubiley qeyd edib. O, Premyer Liqada 5-ci dəfə rəqib qapısına yol tapıb. Bu göstəricidə Viktor İqbekoyi, Təmkin Xəlilzadə, Elvin Məmmədov, Sadio Tounkara və Luis Alberto Diezə çatan botsvanalı bombardirlər siyahısında 8-13-cü yerlərə şərikdir. Lakin Mfo digərləri ilə müqayisədə daha az – cəmi 17 oyunda qol sayını 5-ə çatdırıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər