"Rəhbərlikdən kimsə klubun kassasından oğurluq edir" - "Barselona"nın sabiq vitse-prezidentindən ağır ittiham

"Rəhbərlikdən kimsə klubun kassasından oğurluq edir" - "Barselona"nın sabiq vitse-prezidentindən ağır ittiham
"Barselona"nın sabiq vitse-prezidenti Emili Russo klub rəhbərliyini tənqid edib.
Fanat.Az İspaniyanın "Sport" nəşrinə istinadən xəbər verir ki, Russo rəhbərliyi oğurluqda günahlandırıb:
"Məncə, kimsə klubun kassasından oğurluq edir. "I3 Ventures" şirkətinə bir milyon avro ödəyiblər, halbuki onların təklif etdiyi xidmətlərin bazar dəyəri 100 min avrodu.
Söhbət kimdən gedir? Təbii ki, bu şəxs rəhbərliyin üzvüdü. Dəqiq adını bilmirəm, amma əsaslı şübhələr var".
Bu ilin fevral ayında, prezident Jozep Bartomeunun imicini yaxşılaşdırmaq və klubla əlaqəli digər şəxsləri nüfuzdan salmaq üçün sosial media kampaniyası aparılması məqsədi ilə "Barsa"nın "I3 Ventures" şirkəti ilə anlaşdığı ortaya çıxmışdı.
Qeyd edək ki, koronavirus səbəbindən yaranan böhran vəziyyətində klubun normal idarə edilməməsi və sosial şəbəkələrdəki saxta hesablarla mübarizənin düzgün aparılmaması səbəbindən "blauqrana"nın idarə heyətinin 6 üzvü bu gün istefaya göndərilib. Onların sırasında Emili Russo da var.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər