İspaniya La Liqasının XIII turu çərçivəsində "Eybar” - "Real” matçı keçirilir.
Fanat.Az-ın məlumatına görə, hazırda ikinci hissəsi gedən qarşılaşmada meydan sahibləri Qonzalo Eskalantenin 16-cı dəqiqədə vurduğu qol sayəsində 1:0 hesabı ilə qalib gəlir.
"Real” La Liqanın ardıcıl 11-ci səfər oyununda qapısında qol görüb. Bu isə son 14 ilin antirekordudu. "Kral klubu”nun ən pis göstəricisi 2003-04 mövsümünə təsadüf edib. Həmin vaxt komanda çempionatın ardıcıl 14 səfər görüşündə qapısından top görmüşdü.
Fanat.Az