"Real" "Tottenhem"in ulduzu Harri Keyndən əl çəkmir. Fanat.Az xəbər verir ki, "The Sunday Times" qəzeti bununla bağlı yeni xəbər yayıb.
Qəzet iddia edib ki, "Real" "Tottenhem"ə yeni təklif göndərmək istəyir. "Kral Klubu" bu dəfə inglislərə 200 milyon dollar (227 milyon avro). Bu isə transfer rekordunun qırılması deməkdi. Hazırda ən bahalı transfer Neymar hesab olunur. PSJ braziliyalı ulduzu "Barselona"dan 222 milyon avroya transfer edib.
Qeyd edək ki, hazırda "Transfermarkt" Keynə 120 milyon avro qiymət qoyub. 24 yaşlı futbolçu cari mövsümdə 28 rəsmi oyuna çıxaraq 28 qol vurub və 3 məhsuldar ötürmə edib.
Fanat.Az