"Real Madrid" rekordunu təkrarladı

"Real Madrid" rekordunu təkrarladı

İspaniyanın "Real Madrid" klubu rekordunu təkrarlayıb.

Fanat.Az "Opta Sports"a istinadən xəbər verir ki, paytaxt təmsilçisi buna La Liqanın XXXV turunda "Qranada"nı 4:0 hesabı ilə məğlub etməklə nail olub.

"Kral klubu" cari mövsüm çempionatda 19 matçda qapısını toxunulmaz saxlayıb.

İspaniya nəhəngi 1986/1987 və 1987/1988 mövsümlərində eyni sayda "quru" oyun keçirib.

Qeyd edək ki, hazırda 90 xalı olan "Real" mayın əvvəlində çempionluğu təmin edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər