"Real Madrid" İngiltərə nəhənginin qapıçısını icarəyə götürür

"Real Madrid" İngiltərə nəhənginin qapıçısını icarəyə götürür

Qapıçı Tibo Kurtuanın məşqdə zədələnərək 6 ay müddətinə sıradan çıxmasından sonra yeni qolkiper axtarışlarına başlayan "Real Madrid" istəyinə çatmaq üzrədir.

Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, "Çelsi" ilə razılığa gələn "Kral klubu" İngiltərə təmsilçisinin "çərçivə" qoruyucusu Kepa Arissabalaqanı 1 mövsümlük icarəyə götürəcək.

Arissabalaqanın "Çelsi" ilə müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

"Zadəganlar" artıq "Brayton"un qapıçısı Robert Sançesi sıralarına cəlb edib.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər