Beynəlxalq Cempionlar Kubokunda növbəti oyunlar keçirilib.
Fanat.Az xəbər verir ki, ötən axşam "Real" "Arsenal"la qarşılaşıb. ABŞ-ın Merilend ştatının Landover şəhərindəki "FedExField" stadionunda baş tutan matçın əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa çatıb. Penalti seriyasında isə "Real" qələbə qazanıb.
Kanzas ştatındakı "Children's Mercy Park" stadionunda "Bavariya" "Milan"la üz-üzə gəlib. Görüş almanların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Atletiko" isə Virciniya? ştatındakı "Globe Life Park in Arlington" stadionunda Meksikanın "Quadalaxara" klubu ilə qarşılaşıb. Matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. Penalt seriyasında isə "Atletiko" qələbə qazanıb.
Real (İspaniya) - Arsenal (İngiltərə) 2:2 (Penalti - 3:2)
Qollar: Qaret Beyl, 56. Marko Asensio, 59 - Aleksandre Lakazette, 10-pen. Pyer-Emerik Aubameyanq, 24.
Bavariya (Almaniya) - Milan (İtaliya) 1:0
Qol: Leon Qoretska, 45+3.
Quadalaxara (Meksika) - Atletiko (İspaniya) 0:0 (Penalti - 4:5)
Qeyd edək ki, turnir cədvəlinə 7 xalla "Arsenal" başçılıq edir.
Fanat.Az