Rauf Əliyev: “Biz “Qarabağı” tək qoymayacağıq”

Rauf Əliyev: “Biz “Qarabağı” tək qoymayacağıq”

“Qarabağ” Almaniyada ermənilərin ehtimal olunan təxribatından çəkinməməlidi”. Fanat.az xəbər verir ki, bu sözləri AFFA-nın 1-ci vitse-prezidenti, millət vəkili Rauf Əliyev deyib

Əliyev qeyd edib ki, müvafiq səviyyələrdə bu məsələ ilə bağlı müvafiq işlər görülür: “Eləcə də Berlində yerləşən Almaniya – Azərbaycan Mədəniyyət Mərkəzindən müvafiq zənglər olub. Digər tərəfdən Almaniyada təhsil alan tələbələr də bu təxribatın qarşısını alacaqlar. Biz “Qarabağı” tək qoymayacağıq, hamımız onlarlayıq”.

Qeyd edək ki, Almaniyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evi məlumat göndərərək “Qarabağ”la “Ayntraxt”ın oyunu zamanı erməni separatçılarının təxribat törədəcəkləri barədə onlarda məlumat olduğunu bildirib. Mədəniyyət Evi bununla bağlı “Qarabağ”nun rəhbərliyinə müraciət məktubu göndərib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər