"Raşfordun gecə klubuna getməsindən xəbərim var" - Erik ten Haq

"Raşfordun gecə klubuna getməsindən xəbərim var" - Erik ten Haq

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq komandası derbidə "Mançester Siti"yə 0:3 hesabı ilə uduzandan sonra "qırmızı şeytanlar"ın hücumçusu Markus Raşfordun gecə klubuna yollanmasına münasibət bildirib.

Fanat.Az xəbər verir ki, niderlandlı mütəxəssisin dediklərini "Manchester Evening News" belə çatdırıb:

"Hə, xəbərim var. Özü ilə bu barədə danışmışam. Əlbəttə, belə hərəkət qəbuledilməzdir. Özünə də dedim. O, üzr istədi, vəssalam. Gerisi klubun daxili işidir".

Qeyd edək ki, İngiltərə Premyer Liqasının ilk 10 turunda 15 xal toplayan MY hazırda turnir cədvəlinin 8-ci pilləsindədir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər