"Raşfordun forvard olduğunu düşünmürəm" - Aleks Ferqyuson

"Raşfordun forvard olduğunu düşünmürəm" - Aleks Ferqyuson

"Mançester Yunayted"in əfsanəvi baş məşqçisi Aleks Ferqyuson "qırmızı şeytanlar"ın futbolçusu Markus Raşfordun performansını dəyərləndirib.

Fanat.Az "United Zone" onun dediklərini belə çatdırıb:

"Onun forvard olduğunu düşünmürəm. Raşford sol cinahda fantastik oyun sərgiləyir. Markus həmişə yaxaladığı fürsətləri düzgün dəyərləndirir. Təəssüf ki, o, komandanın əsas qol mənbəyidir. MY-nin sıralarında daha bir qolçu yer alsaydı, əla olardı".

Qeyd edək ki, bu mövsüm "Mançester Yunayted" forması ilə bütün turnirlərdə 38 oyuna çıxan Raşford 25 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər