Ranqnik "Mançester Yunayted" - "Arsenal" matçını tribunadan izləyəcək

Ranqnik "Mançester Yunayted" - "Arsenal" matçını tribunadan izləyəcək

"Mançester Yunayted"in yeni baş məşqçisi Ralf Ranqnikin təyinatı bazar ertəsi (29 noyabr) rəsmiləşsə də, iş vizası almaqda çətinlik çəkdiyi üçün Böyük Britaniyaya gəlişi ləngiyib. 

Fanat.Az xəbər verir ki, "ESPN"in əməkdaşı Rob Douson Ranqnikin “Arsenal”la bugünkü Premyer Liqa görüşünü tribunadan izləyəcəyini yazıb. 

Alman mütəxəssisin dekabrın 5-də İPL-in "Kristal Pelas" matçında komandasına rəhbərlik edəcəyi bildirilir. Bunun üçün artıq bütün sənədlər hazırlanıb.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər