Ramazanovun "Neftçi"yə keçidi baş tutmadı

Ramazanovun "Neftçi"yə keçidi baş tutmadı

Ağabala Ramazanovun "Neftçi"yə keçidi baş tutmayıb. Fanat.Az bu barədə kluba yaxın mənbədən məlumat əldə edib.

Keçidin baş tutmasına "İnter" mane olub. Belə ki, FIFA tərəfindən transfer qadağası qolulan bank klubu əsas heyət üzvlərindən birini rəqib komandaya buraxmaqdan imtina edib. Bu səbəbdən Ramazanov ən azı yaya qədər "İnter"də qalacaq.

Qeyd edək ki, Ağabala futbolun sirrlərini "Neftçi"də öyrənib. O, 2011-2012-ci illərdə klubun əsas heyətində heyətində çıxış edib və 2012-ci ildə "Xəzər Lənkəran"a transfer olunub. Bu yay "Sumqayıt"dan "İnter"ə keçən 23 yaşlı hücumçu 15 rəsmi oyunda 5 qol vurub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər