Rahid Əmirquliyev Mahmud Qurbanovun rekordunu yeniləyə bilər

Rahid Əmirquliyev Mahmud Qurbanovun rekordunu yeniləyə bilər
Azərbaycan Premyer Liqasının arxada qalan 20 turu ölkə çempionatlarında ən çox oyun keçirən futbolçuların siyahısında dəyişikliklərə səbəb olub. 
Fanat.Az xəbər verir ki, 8 aydır davam edən mövsüm ilk onluqda yer alan üç futbolçunun irəliləməsi ilə nəticələnib.
 
Rahid Əmirquliyev və Rəşad Sadiqov 2-ci yerə şərik olaraq, Azər Məmmədovu bu mövqedən sıxışdırıblar. Rəşad Sadıqov isə Elnur Abdullayevi keçməklə 9-cu olub.
 
Siyahıya isə Mahmud Qurbanov başçılıq edir. Onun hesabında 421 matç var. O, Sadiqovla Əmirquliyevi 29 oyun qabaqlayır. Bu isə o deməkdi ki, hazırda "Səbail"də top qovan Əmirquliyev müəyyən vaxtdan sonra karyerasını çoxdan bitirmiş veteranı - Mahmud Qurbanovu qabaqlamaq, liderliyi ələ keçirmək şansına malikdi.
 
İlk onluq belədi:
 
1. Mahmud Qurbanov - 421
 
2-3. Rəşad Sadiqov - 392
 
2-3. Rahid Əmirquliyev - 392
 
4. Azər Məmmədov - 388
 
5. Aslan Kərimov -382
 
6. Rəşad Abdullayev - 378
 
7. Aqil Məmmədov - 363
 
8. İsmayıl Məmmədov -351
 
9. Rəşad Sadıqov - 343
 
10. Elnur Abdullayev - 334
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər