Rafinyanın hakimə hücum çəkməsinin səbəbi açıqlandı

Rafinyanın hakimə hücum çəkməsinin səbəbi açıqlandı

"Barselona"nın vingeri Rafinyanın La Liqanın 30-cu turunda "Betis"ə qarşı keçirdikləri oyundan (1:1) sonra köməkçi hakimə hücum çəkməsinin səbəbi bilinib.

Fanat.Az-ın yerli mətbuata istinadən məlumatına görə, matçın son dəqiqələrində ədalət təmsilçisinin ona dedikləri cənubi amerikalını qıcıqlandırıb.

Hakim Rafinyaya susmağı əmr edib. Rafinyanın cavabı isə belə olub: "Mənə susmalı olduğumu deyə bilməzsən. Sən çox kobudsan".

Final fitindən sonra qəzəblə 4-cü hakimin üstünə şığıyan futbolçunu komandanın baş məşqçisi Hans-Diter Flik sakitləşdirib. O, çox əsəbi şəkildə paltardəyişmə otağına yollanıb. Bu zaman Rafinya onunla danışmaq istəyən komanda yoldaşı Mark Andre Ter-Ştegeni də itələyib. 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər