Rafinyanın "Fənərbağça"ya keçidi baş tutmayacaq

Rafinyanın "Fənərbağça"ya keçidi baş tutmayacaq

PSJ-nin ispaniyalı yarımmüdafiəçisi Rafinya Alkantara (Rafinha Alcantara) yanvar ayına qədər klubda qalacaq.

Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Fabritsio Romano "Twitter" səhifəsi üzərindən yayıb.

Daha əvvəl futbolçunun adı Türkiyənin "Fənərbağça" klubu ilə hallanırdı. Ancaq Romanın yazdığına görə, İstanbul təmsilçisi ilə oyunçu arasında heç bir danışıq olmayıb və Rafinya bu ilin sonuna qədər öz klubunda qalacaq.

Xatırladaq ki, Rafinya PSJ-də 2020-ci ildən çıxış edir və 22 oyunda meydana çıxıb.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər