PSJ-nin futbolçusu Rafinya Alkantaranı icarəyə verib.
Fanat.Az xəbər verir ki, məlumatı Fransa təmsilçisinin rəsmi saytı yayıb.
Xəbərə görə, 28 yaşlı yarımmüdafiəçi “Real Sosyedad”a keçib. Braziliyalı futbolçu 2022-ci ilin yayına qədər La Liqa klubunda çıxış edəcək.
Qeyd edək ki, Rafinya PSJ-yə 2020-ci ildə "Barselona"dan keçib. 22 oyunda meydana çıxan ounçu fərqlənməyə müvəffəq olmayıb.