Rafinya - Yamal tandemindən inanılmaz rekord

Rafinya - Yamal tandemindən inanılmaz rekord

"Barselona"nın futbolçuları - Rafinya və Lamin Yamal cütlüyü məhsuldarlıq baxımından komandanın XXI əsrdə La Liqadakı ilk 7 turunda ən yüksək göstəricisini müəyyənləşdiriblər.

Fanat.Az Kataloniya təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sözügedən cinah hücumçuları cari çempionatın geridə qalan 7 matçında ümumilikdə 26 qolda iştirak ediblər.

Rafinya hesabına 12 qol və 3 məhsuldar ötürmə yazdırıb. Lamin Yamal isə 7 dəfə fərqlənib və 4 assistlə diqqət çəkib. La Liqada bu göstəriciyə görə onlara ən yaxın cütlük "Real"ın futbolçuları Kilian Mbappe və Cud Bellingemdir (10 qol, 4 məhsuldar ötürmə).

"Blauqrana"nın ön xətt oyunçuları hər matçda ortalama 3,71 qolda iştirak etməklə yalnız İspaniyada deyil, qitənin 5 böyük liqasında da birincidirlər. Onlar hər matçda orta hesabla 2 qolda iştirak edən "Real"dan Mbappe - Bellingem, "Çelsi"dən (İngiltərə) Joao Pedro - Morqan Rocers, "Mançester Siti"dən (İngiltərə) Erlinq Holand - Rayan Şerki və "Roma"dan (italiya) Doni Malen - Paulo Dibala tandemini böyük fərqlə geridə qoyublar.

Qeyd edək ki, daha əvvəl İspaniya təmsilçisində Lionel Messi və Sesk Fabreqas (2011/2012 mövsümü) 23, Messi və Neymar (2014/2015 mövsümü) 21, Messi və Zlatan İbrahimoviç (2009/2010 mövsümü) 20, Messi və Pedro (2013/2014 mövsümü) tandemləri 18 qolda pay sahibi olmuşdular.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər