"Barselona"nın yarımmüdafiəçisi Rafinya Səudiyyə Ərəbistanı klublarından birinə keçə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Mundo Deportivo" yayıb.
Mənbə adını açıqlamadığı klubun 31 yaşlı braziliyalı üçün İspaniya nəhənginə 100 milyon avro ödəməyə hazır olduğunu bildirib. Xəbərə görə, Rafinyanın özü "Barselona"dan ayrılmaq variantına isti yanaşmır və bu amil transferin reallaşmasına mane ola biləcək əsas səbəbdir.
Qeyd edək ki, sözügedən futbolçu 2022-ci ildən kataloniyalıların uğurları üçün çalışır. O, son mövsümdə "blauqrana" forması ilə 37 matça çıxaraq 10 qol və 13 məhsuldar ötürmə müəllifi olub.
Nihat