“Barselona”nın hücumçusu Rafinya İspaniya La Liqasında avqust ayının ən yaxşı oyunçusu seçilib.
Fanat.Az xəbər verir ki, məlumatı qurumun mətbuat xidməti yayıb.
Kataloniyalılar cari mövsümə ardıcıl dörd qələbə ilə başlayıblar. 27 yaşlı futbolçu bu matçlarda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.
Braziliyalı forvard İspaniya çempionatında ilk dəfə bu ada layiq görülüb.