Qvardiola şəxsi antirekordunu təkrarladı

Qvardiola şəxsi antirekordunu təkrarladı

"Mançester Siti" Çempionlar Liqasının ilk pley-off matçında doğma meydanda "Real Madrid"ə 2:3 hesabı ilə uduzub.

Fanat.Az xəbər verir ki, bu məğlubiyyət "şəhərlilər"in cari mövsümdə 12-ci məğlubiyyəti olub.

"StatsFoot"-un hesablamasına görə, beləliklə, “Siti”nin baş məşqçisi Xosep Qvardiola 2020-ci ilin şəxsi antirekordunu təkrarlayıb. 2019/20 mövsümündə də onun komandası 12 matçda məğlub olub. Amma həmin göstərici bütün mövsüm ərzində qatıldığı yarışların hamısına aiddir. Bu o deməkdir ki, növbəti yenilgi bu göstəricidə antirekordun yenilənməsi demək olacaq.

Qeyd edək ki, "Mançester Siti" bu mövsüm Premyer Liqada 7, Çempionlar Liqasında 4 və İngiltərə Liqa Kubokunda 1 məğlubiyyətlə üzləşib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər