Əvəzedici heyətlərin ölkə çempionatında qış fasiləsi başa çatıb. Fanat.Az xəbər verir ki, bu gün XV turun iki oyunu keçirilib.
"Qarabağ" doğma meydanda lider "Qəbələ"ni qəbul edib və 5:3 hesablı qələbə qazanıb. "Qarabağ"ın əsas komandasının iki üzvü - Ramil Şeydayevlə Ağabala Ramazanov bu oyunda əvəzedicilərə kömək edib. Ramil bir qol vurub, Ağabala isə dubl edib. "Qəbələ"də isə əsas komandadan Elvin Məmmədov əvəzedicilərin formasını geyinib və iki qola imza atıb.
Günün digər oyununda "Zirə" - "Sumqayıt"ı sınağa çəkib. Əsas komandaların oyununda olduğu kimi bu matçda da 1:1 hesabı qeydə alınıb.
Tura bu gün keçirilən iki oyunla yekun vurulub. "Keşlə" doğma meydanda "Səbail"i 2:0 hesabı ilə yenib. "Neftçi" isə "Kəpəz"lə oyunda bir xala razılaşıb - 1:1.
Əvəzedici heyətlər
2017/18 mövsümü
III dövrə, XV tur
11 fevral
Zirə - Sumqayıt 1:1
Qollar: Sahil Cəfərov, 7 - Elvin Nəsibov, 82.
Qarabağ - Qəbələ 5:3
Qollar: Ramil Şeydayev, 21. Ağabala Ramazanov, 34; 45. Salman Cəfərov, 47. Famil Camalov, 61 - Kamran Quliyev, 38. Elvin Məmmədov, 85; 87.
12 fevral
Keşlə - Səbail 2:0
Qollar: Sərxan Əhmədli, 17 (avtoqol). Elvin Cəbrayılov, 31.
Neftçi - Kəpəz 1:1
Qollar: Tacir Əlizadə, 89 - Əli Səmədov, 42.
|
№ |
Klub |
O |
Q |
H/H |
M |
T/F |
X |
|
|
1 |
Qəbələ |
15 |
11 |
2 |
2 |
51:14 |
35 |
|
|
2 |
Səbail |
15 |
8 |
3 |
4 |
23:19 |
27 |
|
|
3 |
Keşlə |
15 |
5 |
8 |
2 |
23:18 |
23 |
|
|
4 |
Zirə |
15 |
6 |
4 |
5 |
21:22 |
22 |
|
|
5 |
Neftçi |
15 |
5 |
4 |
6 |
13:19 |
19 |
|
|
6 |
Qarabağ |
15 |
5 |
2 |
8 |
19:26 |
17 |
|
|
7 |
Sumqayıt |
15 |
3 |
4 |
8 |
15:32 |
13 |
|
|
8 |
Kəpəz |
15 |
1 |
5 |
9 |
10:26 |
8 |
|
|
Bombardirlər |
Ülvi İsgəndərov (Qəbələ) - 13. |
|||||||
Fanat.Az