Qurban Qurbanov da ordu üçün ianə etdi

Qurban Qurbanov da ordu üçün ianə etdi
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib.
O, fonda 20 min manat köçürüb. Q.Qurbanovla yanaşı, Ağdam klubunun bəzi rəsmiləri də fonda maddi yardım edib.
Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondu Prezident Heydər Əliyevin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə formalaşıb.
Qeyd edək ki, bundan əvvəl "Qarabağ"ın futbolçuları Maksim Medvedev və Qara Qarayevin hər biri fonda 10 min manat iadə etmişdi.(qol.az)
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər