"Zirə"nin qapıçısı digər Azərbaycan klubu ilə müqavilə bağladı

"Zirə"nin qapıçısı digər Azərbaycan klubu ilə müqavilə bağladı

"Zirə"dən ayrılan qapıçının yeni klubu müəyyənləşib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "qartallar"ın əvəzedici komandasının qolkiperi Eldar Tərlanov karyerasını 1-ci Liqada davam etdirəcək. 

22 yaşlı "çərçivə" qoruyucusu "Mingəçevir"lə müqavilə bağlayıb.

Xatırladaq ki, 1-ci Liqada yeni mövsüm sentyabrın 3-də start götürəcək. Elman Sultanovun rəhbərlik etdiyi "Mingəçevir" ilk görüşünü sentyabrın 4-də "Zaqatala"ya qarşı keçirəcək. Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda baş tutacaq matçın start fiti 17:00-da səsləndiriləcək.

Toğrul 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər