“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək. Fanat.Az xəbər verir ki, informasiyanı klubun mətbuat xidməti yayıb. 28 sentyabr 2026-cı il tarixində Qarabağ Dirçəliş Fondu ilə “Turan Tovuz” PFK arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandumu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və “Turan Tovuz” PFK İB-nin İdarə Heyətinin sədri Ehtiram Quliyev imzalayıb. Sənədə əsasən, oktyabrın 3-də Bakıda “Turan Tovuz” PFK ilə Türkiyənin “Fənərbağça” klubu arasında keçiriləcək yoldaşlıq oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək. Toplanan vəsait işğaldan azad olunan ərazilərin yenidən qurulması və regionun dayanıqlı inkişafı istiqamətində həyata keçirilən layihələrin maliyyələşdirilməsinə yönəldiləcək. Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Qarabağın dirçəlişi naminə atılan bu nəcib addımı yüksək qiymətləndirib və təşəbbüsə görə “Turan Tovuz” PFK İB-nin rəhbərliyinə təşəkkürünü bildirib. R.Hacıyev qeyd edib ki, idman yalnız rəqabət və mübarizə meydanı deyil, eyni zamanda cəmiyyətin müxtəlif təbəqələrini ümumi məqsədlər ətrafında birləşdirən mühüm platformadır. Onun sözlərinə görə, “Turan Tovuz” və “Fənərbağça” kimi iki köklü klubun qarşılaşmasından əldə olunacaq gəlirin Qarabağ Dirçəliş Fonduna ianə edilməsi idmanın birləşdirici və xeyirxah gücünü bir daha nümayiş etdirir. “Turan Tovuz” PFK İB-nin İdarə Heyətinin sədri Ehtiram Quliyev isə bildirib ki, belə bir oyunun keçirilməsi azarkeşlər üçün maraqlı futbol hadisəsi olmaqla yanaşı, xeyirxah məqsədə xidmət etməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, qarşılaşmadan əldə olunacaq gəlirin Qarabağ Dirçəliş Fonduna ianə edilməsi həm klublara, həm də azarkeşlərə Qarabağın dirçəlişinə dəstək vermək imkanı yaradır. Qeyd edək ki, “Turan Tovuz” və “Fənərbağça” klubları daha əvvəl də qarşılaşıblar. Komandalar 1994-cü ildə UEFA Kubokunda üz-üzə gəliblər. Həmin il avqustun 9-da İstanbulda “Şükrü Saracoğlu” stadionunda, avqustun 23-də isə Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda qarşılaşıblar. Beləliklə, “Turan Tovuz” və “Fənərbağça” 32 ildən sonra bu dəfə yoldaşlıq oyunu çərçivəsində yenidən üz-üzə gələcəklər. Xatırladaq ki, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Turan Tovuz” – “Fənərbağça” oyunu saat 20:00-da başlayacaq.
"Turan Tovuz" – "Fənərbağça" matçının gəliri Qarabağ Dirçəliş Fonduna yönəldiləcək
TREND
Tv Afişa
09:00
22.11.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Futbol
09:48
16.11.2026
Millətlər Liqası: Almaniya Niderlanda qarşı, Cəbəllütariqdə millimiz üçün önəmli oyun
Milli
00:37
20.11.2026
"Bursaspor" Toralı niyə göndərmək istəmir? - Səbəb bəlli oldu
Azərbaycan futbolu
23:26
20.11.2026
Valdas Dambrauskas darmadağını belə şərh etdi
Oxşar xəbərlər
Azərbaycan futbolu
20:33
22.11.2026
"Özümüzü Avropa stadionunda hiss edirdik" - Qurban Qurbanov
Azərbaycan futbolu
20:11
22.11.2026
"Görüşün ədalətli nəticəsi heç-heçə idi" - Azər Məmmədov
Azərbaycan futbolu
18:57
22.11.2026
MPL: "Neftçi"dən inamlı qələbə, Gəncədə qol səsi çıxmadı
Azərbaycan futbolu
17:51
22.11.2026
“Qaradağ Lökbatan” səfərdə, “Hypers” isə Ağstafada qalib gəldi