"Tottenhem"in futbolçusu: "Qarabağ" yaxşı oynadı"

"Tottenhem"in futbolçusu: "Qarabağ" yaxşı oynadı"

"Tottenhem"in futbolçusu Delle Alli Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a 3:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, inamla oynadıqlarını bildirib:

"İlk qolu buraxmağımız pis oldu. Ancaq ümumilikdə yaxşı oyun nümayiş etdirdik".

D.Alli bildirib ki,  "Qarabağ" onlara çətinlik yaradıb:

"Qələbə qazanmaq üçün çox işləməyə məcbur olduq. Qarabağ" zəif rəqib deyildi. Onlar yaxşı oynadılar. Sonun vurduğu qollarda pay sahibi olduğum üçün şadam. Komandama kömək etmək mənə xoşdur".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər