"Təəssüf ki, İngiltərə Premyer Liqasında..." - Harri Keyn şikayətləndi

"Təəssüf ki, İngiltərə Premyer Liqasında..." - Harri Keyn şikayətləndi

"Bayern Münhen"in hücumçusu Harri Keyn İngiltərə Premyer Liqasında qış fasiləsinə ehtiyac olduğunu bildirib.

Fanat.Az xəbər verir ki, "Bayern & Germany" onun sözlərini belə çatdırıb:

"Ötən qış ilk dəfə qış fasiləsinin nə demək olduğunu gördüm. Bu, çətin dönəmdə bərpa üçün çox əhəmiyyətlidir. Təəssüf ki, İngiltərə Premyer Liqasında belə fasilə olmur. Futbolçunun qışda heç olmasa, bir həftə dincəlməsi çox vacibdir".

Xatırladaq ki, Keyn "Bayern"ə 2023-cü ilin yayında "Tottenhem"dən transfer olunub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər