"Slovan"ın futbolçusu "Neftçi"nin düşərgəsində

"Slovan"ın futbolçusu "Neftçi"nin düşərgəsində
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına başlayan "Neftçi"nin düşərgəsinə yeni futbolçu qoşulub. Fanat.Az xəbər verir ki, Çexiyanın "Slovan" klubundan icarəyə götürülən Zdenek Folprext yeni komandası ilə hazırlıqlara başlayıb.
Qeyd edək ui, 25 yaşlı yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı Bakıda və Liberetsdə keçirilmiş qarşılaşmalarda 90 dəqiqə meydanda olub. O, "Slovan"a 2015-ci ildə Praqa "Sparta"sından transfer olunub. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər