"Seltik" - "Qarabağ" matçının saatı açıqlandı

"Seltik" - "Qarabağ" matçının saatı açıqlandı
Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək "Seltik" - "Qarabağ" matçının başlama saatı müəyyənləşib. Fanat.az хəbər verir ki, bu barədə Şotlandiya klubunun rəsmi saytı məlumat yayıb.
İyulun 29-da keçiriləcək qarşılaşma Bakı vaхtı ilə saat 23.45-də (yerli vaхtla 19.45) başlayacaq. Oyun Qlazqodakı "Seltik Arena"da baş tutacaq.
Görüşün biletləri də satışa çıxarılıb. Böyüklər üçün biletlərin qiyməti 22, 16 yaşdan aşağı olanlar üçün 12, 13 yaşdan aşağı olanlar üçün isə 7 avroya bərabərdi.  
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər