"Şəfa"nın görüşmək istəmədiyi "Marafon" özünə rəqib tapdı

"Şəfa"nın görüşmək istəmədiyi "Marafon" özünə rəqib tapdı

Region Liqasına hazırlaşan "Marafon" bu gün yoxlama oyununda qüvvəsini sınayacaq.

Bu barədə Fanat.Az-a Sabirabad təmsilçisinin baş məşqçisi Amid Zeynalov məlumat verib.    Ötən gün "Şəfa" ilə oyun planlaşdıran, ancaq qarşı tərəfin imtinası səbəbindən görüşü ləğv edən "Marafon" Region Liqasının digər debütantı "Bakı TFK" (Bakı Tələbə Futbol Klubu) ilə qarşılaşacaq. 

Oyun "Rekord Arena"da baş tutacaq və saat 21:30-da start götürəcək.

Qeyd edək ki, "Marafon" hazırlıq çərçivəsində ilk oyununu növbəti mövsüm Region Liqasında çıxış edəcək "Mərcanlı"ya qarşı keçirib və 3:4 hesabı ilə uduzub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər