"Şamaxı" "İmişli"ni "Zirə" ilə əvəzlədi

"Şamaxı" "İmişli"ni "Zirə" ilə əvəzlədi

“Şamaxı”nın yay təlim-məşq toplanışında qarşılaşacağı sonuncu rəqib müəyyənləşib.

Fanat.Az xəbər verir ki, məlumatı bölgə klubunun mətbuat xidməti yayıb. 

"Şirlər" avqustun 9-da "Zirə" ilə üz-üzə gələcək.

Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək görüş saat 17:45-də start götürəcək.

Qeyd edək ki, Ayxan Abbasovun kollektivi daha öncə bu tarixdə "İmişli" ilə qarşılaşma planlasa da, qarşı tərəfin son anda imtina etməsi səbəbindən bu, baş tutmayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər