"Saka oynamaq üçün bizə təzyiq edir" - Mikel Arteta

"Saka oynamaq üçün bizə təzyiq edir" - Mikel Arteta

"Arsenal"ın baş məşqçisi Mikel Arteta komandanın vingeri Bukayo Sakanın dekabrda aldığı omba zədəsindən sonra sıraya dönməsinə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "topçular"ın rəsmi saytı belə çatdırıb:

"Bukayo işləməyə hazırdır. Geri dönməsi üçün nə lazımdırsa, edib. Yalnız önəmli anda meydana çıxması qalıb. Saka artıq oynamaq üçün bizə təzyiq edir. O, bizim əlimizdə olan daha bir güclü silahdır. Sıraya dönməsi hamımızı sevindirir".

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 24 matça çıxan Saka 9 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Sözügedən oyunçunun "Arsenal" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. "Transfermarkt" portalı İngiltərə millisinin üzvünün transfer qiymətini 150 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər