"Şahdağ Qusar" "Qarabağ" və "Araz-Naxçıvan"la da qarşılaşacaq - AÇIQLAMA

"Şahdağ Qusar" "Qarabağ" və "Araz-Naxçıvan"la da qarşılaşacaq - AÇIQLAMA

Qarşısına çempionluq hədəfi qoyan 1-ci Liqa təmsilçisi "Şahdağ Qusar" yeni mövsümə hazırlıq prosesində artıq bir yoxlama oyunu keçirib. Təcrübəli mütəxəssis Füzuli Məmmədovun çalışdırdığı kollektiv "Sabah"ın əvəzedicilərini 4:0 hesabı ilə məğlub edib. Sözügedən komanda daha 5 sınaq matçına çıxacaq.  

Məmmədov Fanat.Az-a açıqlamasında hazırlığın Bakı mərhələsindəki növbəti iki rəqibin adının dəqiqləşdiyini bildirib:

"İyulun 31-də "Qarabağ"ın əvəzediciləri, avqustun 7-də isə "Araz Naxçıvan"ın əsas komandası ilə üz-üzə gələcəyik. Avqustun 10-da isə Şamaxıya təlim-məşq toplanışına yollanacağıq. Toplanış çərçivəsində qarşılaşacağımız rəqiblərdən də biri məlumdur. Avqustun 19-da MOİK-lə oynayacağıq. 14-ü və 24-ü üçün nəzərdə tutulan yoxlama görüşlərində hansı komandalara qarşı mübarizə aparacağımız isə indilik bəlli deyil".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər