"Sabah"ın darmadağını Azərbaycana nə qazandırdı? - UEFA reytinqi

"Sabah"ın darmadağını Azərbaycana nə qazandırdı? - UEFA reytinqi

UEFA ötən gün Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında qeydə alınan nəticələrə əsasən ölkələrin reytinqini yeniləyib.

Fanat.Az-ın məlumatına görə, Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilib. 

Buna "Sabah"ın ÇL-in 3-cü təsnifat mərhələsinin cavab oyununda Danimarka "Orhus"unu evdə böyük hesabla yenməsi (4:0) şərait yaradıb. Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda ölkəmizin hesabına daha 0.250 əmsal əlavə edib. 

Nəticədə cari mövsümdə qazanılan əmsal 2.875-ə yüksəlib. Bunun 1.250 əmsalı "Sabah"ın, 0.750-si "Qarabağ"ın, 0.625-i "Zirə"nin, 0.250-si isə "Neftçi"nin payına düşür.  

Hazırda ölkəmizin ümumi xal ehtiyatı 21.437-yə bərabərdir. Qitə sıralamasında 26-cı yerdə olan Azərbaycanın mövqeyi dünənki oyunlardan sonra dəyişməyib. Ən yaxın izləyicimiz Bolqarıstanın 20.437 əmsalı var. Bir pillə öndə - 25-ci yerdə qərarlaşan Slovakiyanın ümumi qazancı isə 22,718-ə bərabərdir. 

55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (101.852) başçılıq edir. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər