"Real Madrid" La Liqanın 8-ci turunda "Atletiko" ilə bərabərə qalıb (1:1).
Fanat.Az "Opta"-ya istinadən xəbər verir ki, Karo Ançelottinin komandasının İspaniya çempionatındakı məğlubiyyətsizlik seriyası 40 matça (28 qələbə və 12 heç-heçə) çatıb.
Bir ildən artıqdır uğurlu seriyasını davam etdirən “Real Madrid” ölkə çempionatında sonuncu dəfə 24 sentyabr 2023-cü ildə “Atletiko Madrid”lə derbidə (1:3) uduzub.
La Liqada rekord məğlubiyyətsizlik seriyası "Barselona"ya məxsusdur - 2017-2018-ci illərdə 43 matç.