"Real Betis"in sabiq üzvü rəsmən "Neftçi"də

"Real Betis"in sabiq üzvü rəsmən "Neftçi"də

“Neftçi” transfer işlərini davam etdirir. Fanat.Az klubun rəsmi saytına istinadən məlumat verir ki, komanda bu dəfə Çilidən olan hücumameyilli yarımmüdafiəçi İqnasio Herrera ilə 1 illik müqavilə imzalayıb.

Peşəkar karyerasına Çilinin "Reyncers" klubunda başlayan Herrera 2008-ci ildə Avropaya gəlib və bir il İspaniyanın "Real Betis" klubunun B komandasında oynayıb. 2010-cu ildə vətəninə dönən yarımmüdafiəçi  "Huaçipato", "Magallanes", "Kobreloa", "Deportes İquique" klublarında top qovub. O, 2016-nın qışından Qazaxıstanın "İrtış" klubuna keçib (31 oyun, 4 qol). 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər