""Qarabağ"dan qisas alacağıq"

""Qarabağ"dan qisas alacağıq"

 "Piast"ın futbolçusu: "Qarabağ"dan qisas alacağıq""Bu nəticədən çox məmnunam. Komandam vacib üç xal qazandı. "Qarabağ"a məğlubiyyətdən sonra mövsümün ilk matçında qələbə qazanmaq istəyirdik ki, buna da nail olduq. Artıq "Qarabağ"la oyun haqda düşünmək olar".Qol.Az-ın məlumatına görə, bu sözləri "Piast" klubunun futbolçusu Damian Zbozien Polşa çempionatında keçirilən "Krakoviya" ilə oyundan (3:2) deyib.Təcrübəli müdafiəçi çərşənbə axşamı "Qarabağ"la revanş matçına çıxacaqlarını bildirib: "Rəqibə hörmətlə yanaşıram. Çünki onlar Bakıda azarkeşlərinin dəstəyi altında mədəni və əzmkar oyunla qələbə qazandılar. Biz də azarkeşlərimizin güclü dəstəyi ilə "Qarabağ"dan qisas almağa çalışacağıq".Qeyd edək ki, ilk oyunda Bakıda "Qarabağ" 1:2 hesabı ilə məğlub olan "Piast" rəqibini iyulun 25-də öz meydanında qəbul edəcək.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər