"Qəbələ"nin legioneri verdiyi sözü tutmadı- SON DURUM

"Qəbələ"nin legioneri verdiyi sözü tutmadı- SON DURUM

"Nika Kvekveskiriylə dünən özüm danışmışam. Bizdən daha 2 gün vaxt istədi". Bu sözləri Fanat.Az-a açıqlamasında "Qəbələ"nin əsas komandasının meneceri Səbuhi Səfiyarlı deyib.

Səfiyarlı "qırmızı-qaralar"la olan müqaviləsinin müddəti başa çatan gürcü legionerin digər təklifləri götür-qoy etdiyini açıqlayıb: "Həm Azərbaycan, həm də Qazaxıstan klublarından Nikayla maraqlananlar var. Müqaviləsinin müddəti bitibsə, seçim ixtiyarı var. Şərtlərimizi bilir. Əslində fikrini deməliydi. Dediyi vaxt tamam olmuşdu. Amma bir qədər də gözləməyimizi istədi".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər