“Rəşad Eyyubovla yeni müqavilə imzalanmayacaq. Daniel Subotiçin getdiyi isə bəllidi. Sözləşməsinin müddəti başa çatıb, özünə yeni klub axtaracaq.Teo Uikslə bağlı vəziyyət fərqlidi”. Bu sözləri Fanat.Az-a açıqlamasında “Qəbələ”də əsas komandanın meneceri qismində çalışan Səbuhi Səfiyarlı deyib.
Səfiyarlı Uiksin durumuna belə aydınlıq gətirib: “Ondan daha yaxşısını tapsaq, yeni anlaşma təklif etməyəcəyik. Məsələ hələ açıq qalır. Belə desək, 20 faiz qalmaq ehtimalı var”.
Fanat.Az