“Qəbələ” futbolçularının biriylə müqavilə müddətini uzadıb. Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, ukraynalı müdafiəçi Vitali Vernidub daha bir il qırmızı-qara formanı geyinəcək.
Qeyd edək ki, 2015-ci ilin iyunundan “Qəbələ”nin şərəfini qoruyan Vernidub komandanın heyətində Premyer Liqanın 2015-2016 mövsümündə bürünc, 2016-2017 mövsümündə isə gümüş mükafatını qazanıb. O, “qırmızı-qaralar”ın heyətində keçirdiyi 53 matçda 3 qol vurub. Ukraynalı müdafiəçi Premyer Liqada 25 oyunda 2, Avropa Liqasında 22 qarşılaşmada 1 dəfə fərqlənib, Azərbaycan kubokunda 6 matç keçirib.
Fanat.Az