"Qəbələ" və "Neftçi"nin futbolçuları Serbiyaya qarşı

"Qəbələ" və "Neftçi"nin futbolçuları Serbiyaya qarşı

Gürcüstan millisinin Serbiya və Latviya ilə oyunlar üçün heyəti açıqlanıb. Fanat.Az xəbər verir ki, baş məşqçi Vladimir Vays bu iki qarşılaşma üçün 24 futbolçunu sərəncamında görmək istəyib.

 

Qonşumuzun heyətində Premyer Liqamızda çıxış edən iki futbolçu da olacaq. Belə ki, “Neftçi”nin müdafiəçisi Georgi Navalovski və “Qəbələ”li Nika Kvekveskiri Vaysın diqqətini çəkib.

 

Qeyd edək ki, Gürcüstan yığması Serbiya ilə DÇ-2018-in seçmə mərhələsi çərçivəsində martın 24-də, Latviya ilə isə 3 gün sonra yoldaşlıq oyununda üz-üzə gələcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər