Premyer Liqanın 2016/17 mövsümünün bütün medalçıları müəyyənləşdi. Fanat.Az xəbər verir ki, mövsümü çempion kimi “Qarabağ” tamamladığı halda “Qəbələ” gümüş, “İnter” isə bürünc medallara sahib olub.
2-ci və 3-cü yerin sahibini bu gün keçirilən “Qəbələ” – “İnter” görüşünün nəticəsi müəyyənləşdirib. Meydan sahibi oyunda 4-3 hesabı ilə qələbə qazanaraq ikinciliyi özü üçün təmin edib.
Oyundan dərhal sonra “Qəbələ” gümüş, “İnter”ə isə bürünc medallarına qovuşub. Mükafatları Peşəkar Futbol Liqasının direktoru Məlik Həsənov təqdim edib.
Fanat.Az